Elm-təhsil
29.05.2018 / 11:34

"Azərbaycanda müalicə turizminin inkişaf istiqamətləri" mövzusu müzakirə olunub- ATMU-da(Foto)

"Azərbaycanda müalicə turizminin inkişaf istiqamətləri" mövzusu müzakirə olunub-
Azərbaycan Respublikasının Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”-nin icrası ilə bağlı tədbirlər çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm və qonaqpərvərlik” fakültəsinin təşkilatçılığı ilə “Azərbaycanda müalicə turizminin inkişaf istiqamətləri” mövzusunda dəyirmi masa keçirilib.

İnform.az-a bu barədə Univeristetin Mətbuat xidmətindən məlumat verilib.

Dəyirmi masada “Millenium” turizm şirkətinin direktoru, “Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyi”-nin sədri Ruslan Quliyev, “Astoria” otelinin baş direktoru Salih Moral, “Turizm və qonaqpərvərlik” fakültəsinin, “Mehmanxana və restoran biznesi” kafedrasının əməkdaşları və tələbələr iştirak edib.

Universitetin adıçəkilən fakültəsinin dekanı, coğrafiya üzrə fəlsəfə doktoru,dos.Rəhman Səfərov tədbiriştirakçılarını salamladıqdan sonramüalicə turizminin fərqli xüsusiyyətləri və perspektiv imkanları barədə danışıb.

“Millenium” turizm şirkətinin direktoru, “Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyi”-nin sədri Ruslan Quliyevmüalicə turizminin uzunmüddət həyata keçirilməsinin üstünlüyündən danışaraq, mövzunun aktuallığını diqqətə çatdırıb. 2017-ci ildə qəbul edilən Alman deklarasiyasındasağlamlıq turizminə dair səkkiz seqmentin təsbiti,eyni zamandaAzərbaycanın Naftalan, Duzdağ kimi möcüzəvi müalicə ehtiyatları barədə ətraflı məlumat verib.

“Astoria” otelinin baş direktoru Salih Moral Azərbaycandaturizm sənayesinin geniş perspektivlərə söykəndiyini tələbələrə xatırladıb və seçdikləri ixtisas sahəsində uğur qazanmalarını arzulayıb.
ATMU-nun“Mehmanxana və restoran biznesi” kafedrasının müdiri Novruz Quliyev, müəllim Ədalət Musəvi isəqeyd ediblər ki, bütün turizm növlərinin əslində sağlamlıq turizmi ilə birbaşa əlaqəsivar.Yadda saxlayın ki,bu faktor çox önəmlidir.

Ali təhsil müəssisəsinin dekanı R.Səfərov tədbirə dəstək verdiklərinə və fəal iştiraklarına görə qonaqlara, universitetin müvafiq fakültə və kafedrasında çalışan professor-müəllim,tələbə heyətinə təşəkkürünü bildirib.

"Azərbaycanda müalicə turizminin inkişaf istiqamətləri" mövzusu müzakirə olunub-


"Azərbaycanda müalicə turizminin inkişaf istiqamətləri" mövzusu müzakirə olunub-


"Azərbaycanda müalicə turizminin inkişaf istiqamətləri" mövzusu müzakirə olunub-


İnform.az

Baxış sayı: 322