Baş xəbər, Hərbi, Qarabağ
29.05.2018 / 11:00

Düşmən Fizuli istiqamətində mülki sakinləri hədəfə alıb- FOTO

Düşmən Fizuli istiqamətində mülki sakinləri hədəfə alıb-
Bu gün Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunun işğal olunmuş Qorqan kəndi istiqamətində yerləşən mövqelərindən taxıl sahəsində kənd təsərrüfatı işləri yerinə yetirən kombaynı atıcı silahlardan atəşə tutub.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində kombaynın sürücüsü Həsənov Taleh Kamandar oğlu xəsarət almasa da, kənd təsərrüfatı texnikasına ziyan dəyib.

Ermənistan Respublikasının yenilənmiş hərbi doktrinasında cəbhə xətti boyunca asimmetrik hücumların həyata keçirilməsi və bu xüsusda mülki insanların və obyektlərin hədəfə alınması artıq açıq şəkildə təsbit olunub. Ermənistana münasibətdə hökm sürən cəzasızlığın nəticəsidir ki, Ermənistanın hərbi rəhbərliyi mülki insanlar və mülki obyektlərin hədəfə alınmasından çəkinmədiklərini etiraf edən bəyanatlarla çıxış edirlər.

Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Müasir beynəlxalq hüquqa əsasən bu əməllərə görə bir dövlət olaraq Ermənistan Respublikası ilə bərabər, Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslər də bilavasitə məsuliyyət daşıyırlar.

Düşmən Fizuli istiqamətində mülki sakinləri hədəfə alıb-


Düşmən Fizuli istiqamətində mülki sakinləri hədəfə alıb-


Düşmən Fizuli istiqamətində mülki sakinləri hədəfə alıb-


İnform.az

Baxış sayı: 324