Sosial
29.05.2018 / 09:55

Lənkəranda 229 ağac kəsilib- Faktla bağlı akt tərtib edilib(Foto)

Lənkəranda 229 ağac kəsilib-
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu meşə sahəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları, Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) mütəxəssisləri tərəfindən dərhal araşdırılıb.

İnform.az ETSN-nin Mətbuat xidmətinə istinadən bildirir ki, araşdırma zamanı ağacların Lənkəran MMBM-nin Haftoni meşəbəyliyinin 16 saylı dolayında kəsildiyi aşkar edilib.

Əraziyə keçirilən baxış zamanı köküstə yaş 227.33 m3 həcmində müxtəlif cinsli 229 ədəd ağacın kəsildiyi və təbiətə 9209.33 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı akt tərtib edilib.

Meşə fonduna dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Lənkəranda 229 ağac kəsilib-


İnform.az

Baxış sayı: 295