Dünya, Hərbi
29.05.2018 / 09:00

İran və İsrail rəsmiləri Livanda gizli görüş keçiriblər- İDDİA

İran və İsrail rəsmiləri Livanda gizli görüş keçiriblər-
İddiaya görə, Livan vasitəçiliyi ilə həyata keçirilən gizli görüşdə rəsmi Tehranın Suriyanın cənub-qərbindəki münaqişələrə daxil olmaması məsələsi üzrə razılıq əldə olunub.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Londondan fəaliyyət göstərən “İlaf” qəzeti məlumat yayıb.

Qəzetin görüşdə iştirak edən mənbəyə istinadən yaydığı xəbərə görə, İranın Əmmandakı səfiri Muctəba Firdovsi Burun aralarında yer aldığı iranlı təhlükəsizlik rəsmiləri ilə Mossad rəhbəri müavinin rəhbərlik etdiyi israilli rəsmilər görüş keçirib.

Görüş Əmmandakı otellərdən birində baş tutub. Otelin fərqli otaqlarında yerləşən nümayəndə heyətləri arasında məlumatları isə livanlı vasitəçi çatdırıb.

Dolaylı müzakirələrin əsas mövzusu Suriyanın Dera və Küneytrə vilayətlərində günlərdir hazırlığı gedən potensial əməliyyatlardan İranın kənarda qalması olub. Nəticədə İranla yanaşı livanlı qrup olan Hizbullahın və digər qrupların adı çəkilən bölgələrdəki münaqişələrə qatılmaması və Livanın sərhədlərini pozuntulara qarşı qorumasına dair razılıq əldə edildiyi iddia edilib.

Xəbərdə Dera və Küneytrədə yarana biləcək qarşıdurmalara İran və Hizbullahın qatılmamasına dair Rusiyanın zəmanət verdiyi də irəli sürülüb.

İnform.az

Baxış sayı: 296