Dünya, Hərbi
28.05.2018 / 16:25

Tramp Yaxın Şərqdəki ABŞ qoşunlarına hələ də baş çəkməyib

Tramp Yaxın Şərqdəki ABŞ qoşunlarına hələ də baş çəkməyib
Ali Baş Komandanlığının ikinci ilində olan ABŞ prezidenti Donald Tramp hələ ki, Yaxın Şərqdə fəaliyyət göstərən ABŞ hərbi qulluqçularına baş çəkməyib.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, sabiq prezident Corc Buş Əfqanıstana 2 dəfə, İraqa isə 4 dəfə səfər edib.

Trampdan öncə Ağ Evə rəhbərlik etmiş Barak Obama isə yanvar ayındakı and içmə mərasimindən cəmi 3 ay sonra 2009-cu ilin yanvarında Bağdada səfər edib. Obamanın ümumilikdə 8 dəfə Əfqanıstana səfər etdiyi bildirilir.

Hələlik Yaxın Şərqə getməyən Donald Tramp isə ölkə daxilində və digər beynəlxalq ərazilərdə qoşunlara baş çəkməklə kifayyətlənir. Üstəlik o, bu ilin noyabrında Amerikanın gücünün nümayişi məqsədilə hərbi parad keçirilməsini istəyib.

İnform.az

Baxış sayı: 204