Baş xəbər, Hərbi
28.05.2018 / 15:05

"Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır"- Ali Baş Komandan

"Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır"-
"Azərbaycan ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasındadır və biz bunu döyüş meydanında da sübut etmişik".

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bunu prezident İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda çıxışında deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qərarların əhəmiyyətini vurğulayan dövlət başçısı deyib ki, heç vaxt Azərbaycanın tarixi torpaqlarında ikinci erməni dövləti yaradılmasına imkan verilməyəcək: “Azərbaycan ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasındadır və biz bunu döyüş meydanında da sübut etmişik. 2016-cı ilin aprelində ordumuzun təmas xəttindəki şanlı zəfəri bir daha onu göstərir ki, güclü ordu müstəqilliyin qarantıdır”.

İnform.az

Baxış sayı: 220