Gündəm, Hüquq
28.05.2018 / 12:15

Üç il əvvəl qaçırılmış maşın saxlanılıb

Üç il əvvəl qaçırılmış maşın saxlanılıb
Mayın 26-da saat 11 radələrində DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən 2015-ci il mayın 1-də Sumqayıt şəhərindən qaçırılmış, Q.Osmanovaya məxsus “Chevrolet” markalı avtomobilin Moskva prospektində hərəkətdə olması aşkar edilib. Məlumat dərhal aidiyyatı üzrə ötürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Bakı ŞBPİ-nin Dövlət Yol Polisi İdarəsi və Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində avtomobil saxlanılıb.

Araşdırmalarla nəqliyyat vasitəsini idarə edənin Bakı şəhər sakini Orxan Əyyubov olduğu müəyyən edilib və o, saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

İnform.az

Baxış sayı: 188