Hərbi
28.05.2018 / 12:10

"Tramp əllərini yuyacaq və deyəcək..."- Tarasov

"Tramp əllərini yuyacaq və deyəcək..."-
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi münasibətilə təbrik edib.

O, təbrikində Qarabağ məsələsinə də toxunaraq, qarşıdakı aylar ərzində Azərbaycan və ABŞ üçün daha yaxşı əməkdaşlığın yaranacağını və münaqişənin həlli üçün imkan olacağını bildirib.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, Qafqaz ölkələri üzrə Rusiyalı ekspert Stanislav Tarasov Trampın bəyanatında bəzi ziddiyyətlər olduğunu qeyd edib.

"İlkin olaraq qeyd edim ki, artıq bir neçə aydır amerikalıların Qarabağ münaqişəsinin həlli üçün doğrudanmı bir planı var deyə söhbətlər gedir.

Hadisələrə yaxından baxdığınız təqdirdə, ABŞ həmsədrləri müəyyən bir bölgənin qaytarılması, Qarabağın statusu və s. barədə danışaraq hansısa planın mövcudluğundan danışırdılar. Bütün bunlar kağız üzərində qaldı və layihə hələ həyata keçirilmədi. Niyə Tramp məhz indi addım atdı?", - deyə ekspert bildirib.


Stanislav Tarasov bir neçə faktdan bəhs edir: "Birincisi, İranla münasibətlərin pisləşməsi, ikincisi, Türkiyəyə qarşı məhdudiyyətlərin tətbiq edilməyə başlanması, üçüncüsü isə, bu proseslər fonunda Azərbaycanın çox çətin vəziyyətdə qalmasıdır. Çünki sanksiya altında olan üç dövlətin ortasında qalıb.

Bu ölkələr Rusiya, İran və Türkiyədir. ABŞ, Azərbaycanın özünü Türkiyənin strateji müttəfiqi olaraq təmsil etdiyi üçün, onu itirə biləcəyini başa düşür. Tramp Azərbaycanın əhəmiyyətini anlayır və onu itirməməyə cəhd edərək, indi hansısa Qarabağ planını təklif edir".

Tarasov davam edir: "Tramp aşağıdakı hallarda yatırım edir. Onlar Paşinyanın qərbə meyilli, Rusiyaya qarşı olan siyasi xadim obrazı yaratmağa çalışırlar. Tramp Əliyevi və Paşinyanı Vaşinqtona dəvət edərək, hər hansı bir layihə təqdim edəcək və bunun ətrafında müzakirələr aparılacaq.

Nəticədə Tramp İrana qarşı siyasətini aparmaq üçün vaxt qazanacaq və öz rolunu oynadıqdan sonra, əllərini yuyacaq və deyəcək: "Dostlar heç bir şey alınmadı". Onlar ziddiyyətlər gətirməklə, vaxt qazanmağa çalışırlar. Çünki İran istiqamətində çox ciddi dəyişikliklər gözlənilir.

İkincisi, Paşinyan Qarabağın münaqişə tərəfi olduğunu söyləyərkən öz mövqeyini açıqlayıb, indi onun bu mövqedən imtina etməsi çox çətin olacaq. Nəticədə Paşinyan bəzi bölgələrdən danışa bilər. Məhz bunun ətrafında ziddiyyətlər davam edəcək".

O, Azərbaycanın Qarabağ məsələsində aktivləşməsinə təsadüf kimi baxmadığını da vurğulayıb. Tarasovun sözlərinə görə, Trampın İrəvana təzyiq etmə imkanları da var.

"Onlar artıq islahatlar üçün 140 milyon ayıra biləcəkləri barədə bəyanat veriblər. Hətta bu barədə Pompeo da açıqlama verib. Unutmyaq ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən yalnız ABŞ Qarabağa yardım edir", - deyə Tarasov etiraf edib.

İnform.az

Baxış sayı: 199