Hərbi
26.05.2018 / 12:20

"Qarabağı dövlət kimi heç kim tanımayacaq"- Stiven Blank

"Qarabağı dövlət kimi heç kim tanımayacaq"-
"Qarabağı dövlət kimi heç kim tanımayacaq. Lakin belə bir yanaşma istənilən danışıq prosesini pozacaq ".

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bunu məşhur amerikalı analitik, xarici siyasət üzrə Amerika Şurasının eksperti Stiven Blank, Paşinyanın işğal altında olan Xankəndində səsləndirdiyi təxribatçı bəyanatlara toxunarkən bildirib.

Ekspert, buna bənzər yanaşmaların münaqişənin həlli üçün faydalı olacağına inanmadığını bildirib: "Qarabağı dövlət kimi heç kim tanımayacaq. Lakin belə bir yanaşma istənilən danışıq prosesini pozacaq".

Onun fikrincə, Qərb hər iki tərəfin razılığa gəlməsini dəstəkləmək üçün daha fəal olaraq prosesə cəlb edilməlidir.

"Ermənistanın gələcək inkişafı Qaradağ münaqişəsinin həlli ilə bağlıdır. Düşünürəm ki, Qərb münaqişənin dayandırılması prosesinə ciddi olaraq cəlb edilməli, tərəfləri razılığa cəlb etmək və beləliklə irəlləyişə nail olaraq bunu öz xalqlarına təqdim etməkdə dəstək olmalıdır", - deyə Blank vurğulayıb.

İnform.az

Baxış sayı: 33