Hərbi
26.05.2018 / 10:00

"Tarixdə beş ən böyük məğlubiyyət"- “National Interest”

 "Tarixdə beş ən böyük məğlubiyyət"-
Hər zaman tarixin ən yaxşı və ya ən pisləri barədə yazılar olub. Məsələn ən yaxşı gəmilər, ən pis təyyarələr və s.

İnform.az ordu.az-a istinadən bildirir ki, “National Interest” bu dəfə tarixin beş ən böyük məğlubiyyətini siyahıya alıb.

Pörl Harbor - 1941

Siyahıda 5-ci yerdə 1941-ci ildə Yaponiyanın Pörl Harbora hücumu qeyd olunub. Həmin hücum zamanı Yaponiya təyyarələri ABŞ donanmasının bazadakı qüvvələrinə böyük zərər vurdu. Baxmayaraq ki, hücum Yaponiya üçün sonralar taktiki və strateji fəlakətə səbəb olsa da, bunun nəticəsində ABŞ-ın Sakit okean filotiliyası ciddi zərbə almışdı. Lakin hücumdan sonra filotiliyaya rəhbər təyin olunmuş admiral Çester Nimitz bildirib ki, Yaponiya gəmiləri səhvə yol vermişdilər. Onlar infrastrukturdan daha çox birbaşa filotiliyaya zərbələr endirib. Buna görə də donanmanın yenidən bərpası gözlənildiyindən daha sürətlə həyata keçirilə bildi.

Vyetnam - 1968

1968-ci ildə Şimali Vyetnam tərəfindən dəstəklənən Vietkonq qiyamçıları Cənubi Vyetnam şəhərlərinə böyük hücum etdilər. Onlar taktiki mənada məğlub olsalar da, strateji baxımdan ciddi nailiyyət əldə etdilər. Vyetnam müharibəsinin gedişatı ABŞ daxilində də ciddi müzakirə məsələsi oldu və dövrün prezidenti Lindon Conson şansının olmadığını anlayaraq yenidən seçkilərdə iştirak etməməyə qərar verdi. Müharibə Amerika xalqı ilə Silahlı Qüvvələr və seçkili rəhbərlik arasındakı əlaqələrə mənfi təsir etmişdi.

“Long Island” - 1776

Vaşinqton 1776-cı ilin Avqustunda “Long Island”da özünün kontinental ordusunu itirmə təhlükəsi ilə üz-üzə qalmışdı. Belə ki, o vaxt Britaniya merikaıların hazır olmadığı amfibik hücum həyata keçirdilər. Nəticədə Kontinental ordu Manhettenə çəkilməyə məcbur oldu

Troyanın süqutu

Eramızdan öncə 1260-1180-cı illər arasında həyata keçən uğurlu Troya mühasirəsini Homer qələmə alıb. Hadisədən o qədər də məlumat olmasa da, bir çox şeir və hekayələr qələmə alınıb.

Fermofil, b.e.ə 480

Müasir dövrümüzdə tarixçilər bu hadisə Yunanıstanın Fermopildə Farsların işğalına qarşı dayanmasının qələbə yox, məğlubiyyət olduğunu qəbul edir. Bəli, Fermopil taktiki baxımdan böyük məğlubiyyət idi. Doğrudur ki, yunanlılar sonuncu adama qədər öldürüldülər, lakin bu Yunanıstan və Xerxesin ordusu üçün strateji effektlər yaratdı.

İnform.az

Baxış sayı: 325