Elm-təhsil, Qarabağ
25.05.2018 / 18:20

Qarabağ şəhidləri yad edilib- Lənkəranda(Foto)

Qarabağ şəhidləri yad edilib-
Lənkəran rayonunun şəhid Rəsul Qurbanov adına İstisu qəsəbə tam orta məktəbində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Yayım” Assosiasiyası İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Cənub bölgəsində Qarabağ şəhidlərinin yad edilməsi ilə bağlı tədbirlərin təşkili” layihəsi üzrə ilk görüş keçirilib.

Məktəbin 9-11-ci sinif şagirdləri, qəsəbə gəncləri və şəhid ailə üzvlərinin iştirakı ilə keçən tədbiri giriş sözü ilə açan məktəbin direktoru Kamal Əliyev layihənin aktuallığından danışaraq layihənin müəllifi Yaşar Zeynalova təşəkkürünü bildirib.

“Yayım” Assosiasiyası İctimai Birliyinin sədri Yaşar Zeynalov layihə haqqında məlumat verərək doğma Azərbaycanımızın ərazi bütövlüyü uğrunda canından keçərək şəhid olan oğullarımızın hər zaman anılması və onların xatirəsinin əbədiləşdirilməsinin vacib olduğunu qeyd edib.

Onun sözlərinə görə, Qarabağ müharibəsinin günü-gündən genişləndiyi bir vaxtda xalqın istəyi ilə Azərbaycana rəhbər gətirilən Ümummilli Lider Heydər Əliyevin çağrışına səs verərək Qarabağ uğrunda döyüşlərə könüllü yollanan minlərlə gəncin içərisində Lənkəranın İstisu qəsəbəsindən olan gənclər də var idi.

Bu gün anım tədbiri keçirilən səkkiz şəhiddən üçü məhz ulu öndərin çağırışına qoşularaq cəhbəyə yollanraq şəhidlik zirvəsinə ucalıblar.

“Yayım” Assosiasiyası qəsəbədən olan səkkiz gəncin xatirəsinin əbədi qəlblərdə yaşaması üçün layihə hazırlayaraq bu layihə çərçivəsində şəhidlərn şərəfinə “İstisu şəhidləri” adlı foto albom hazırlayıb. Y.Zeynalovun fikrincə, bu foto albom şəhid ailələrində, qəsəbənin məktəbində, icra nümayəndəliyində ən parlaq güşədə qorunub saxlanılacaq, qonaqlara və gələcək nəslə qəhrəman oğullarımızın xatirələrinin əbədiləşməsində ən dəyərli vəsaitə çevriləcəkdir.

Görüşdə iştirak edən şəhid ailə üzvlərinə, qəsəbə məktəbinin müdiriyyətinə “İstisu şəhidləri” foto albomu təqdim edilib, məktəbin müəllimi Sadiq Quliyev tərəfindən hazırlanmış foto slayd nümayiş etdirilib və məktəblilərin ifasında şəhidlər haqqında seirlər təqdim olunub.

Assosiasiya tərəfindən məktəblilərə qəhrəmanlıq tarixindən bəhs edən 100 ədəd kitab hədiyyə edilib.

Sonda tədbir iştirakçıları qəsəbədə yerləşən şəhidlər bağına gələrək şəhidlərin abidəsi önünə gül-çiçək qoyub, abidənin önündə xatirə şəkili çəkiblər.

Qarabağ şəhidləri yad edilib-


Qarabağ şəhidləri yad edilib-


Ağaddin Babayev/Lənkəran





Baxış sayı: 86