Siyasət
25.05.2018 / 12:20

Fransanın xarici işlər naziri Azərbaycana rəsmi səfərə gələcək

Fransanın xarici işlər naziri Azərbaycana rəsmi səfərə gələcək
Fransanın xarici işlər naziri Jan-İv Lö Drian 27 may tarixində Azərbaycana səfər edəcək.

İnform.az Xarici İşlər Nazirliyindən verilən məlumata istinadən bildirir ki, səfər çərçivəsində xarici işlər naziri Jan-İv Lö Drianın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşdən sonra Azərbaycan və Fransa xarici işlər nazirlərinin birgə mətbuat konfransı nəzərdə tutulur.

İnform.az

Baxış sayı: 48