Gündəm, Hüquq
25.05.2018 / 12:16

İtkin düşən qadın tapılıb

İtkin düşən qadın tapılıb
Mayın 23-də Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə həmin gün saat 16 radələrində 82 yaşlı V.Qafarovanın yaşadığı evdən çıxaraq geri qayıtmadığı barədə müraciət daxil olub.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, ailə üzvləri qadının anlaqsız vəziyyətdə olduğunu bildiriblər.

Məlumat aidiyyatı üzrə ötürülüb və dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Qadın mayın 24-də saat 1 radələrində Sabunçu rayonu ərazisində 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq 25-ci PŞ-yə gətirilib.

Polis əməkdaşları bu barədə V.Qafarovanın ailə üzvlərinə məlumat veriblər.

Ailəsinə təhvil verilən qadının yaxınları müraciətlərinə həssas yanaşılmasına və operativliyə görə qanun keşikçilərinə minnətdarlıqlarını bildiriblər.

İnform.az

Baxış sayı: 37