Türkiyə
25.05.2018 / 11:58

Türkiyə təyyarələri İraqın şimalını vurub

Türkiyə təyyarələri İraqın şimalını vurub
Türkiyə Silahlı Qüvvələri (SQ) İraqın şimalında PKK terror təşkilatına qarşı növbəti hava əməliyyatı keçirib.

İnform.az Trend-in məlumatına istinadən xəbər verir ki, əməliyyat barədə Türkiyə SQ Baş Qərargahı xəbər yayıb.

Baş Qərargahdan verilən məlumata görə, əməliyyat zamanı İraqın Hakurk rayonunda azı 6 terrorçu məhv edilib.

Qeyd edək ki, Türkiyə sonuncu dəfə bölgədə mayın 22-i həyata keçirmişdi.

İnform.az

Baxış sayı: 46