Baş xəbər, Sosial
25.05.2018 / 11:45

Səfər Mehdiyev vətəndaşları qəbul edəcək- Tovuzda

Səfər Mehdiyev vətəndaşları qəbul edəcək-
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev mayın 29-da saat 11:00-da Tovuz şəhərində Tovuz Gömrük İdarəsinin inzibati binasında (Mərdan Musayev küç. 2) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

İnform.az DGK-in Mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, qəbul zamanı bölgədə yerləşən - Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar mayın 28-i saat 11:00-dək "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Tovuz Gömrük İdarəsi (əlaqə telefonu: (022) 315-30-10) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

İnform.az

Baxış sayı: 96