Diaspora Akademiyası
25.05.2018 / 10:30

AXC-nin 100 illiyi münasibətilə futbol turniri keçirilib- Türkiyədə

 AXC-nin 100 illiyi münasibətilə futbol turniri keçirilib-
Əskişəhər Azərbaycanlılar Dərnəyi Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə futbol turniri təşkiledib. Tüm Sanayici İşadamları Derneğinin dəstəyi ilə baş tutan turnirdə Əskişəhər Universitetində təhsil alan xarici tələbələr iştirak edib. İdman yarışına 8 komanda qoşulub.

Bu barədə İnform.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, Azərbaycan, Türkiyə, Qazaxıstan,Türkmənistan, Qırğızıstan, Axısqatürkləri, İraq türkmənləri, Əfqanıstan komandalarının yarışında Türkmənistan komandası çempion olub.Əskişəhər Azərbaycanlılar Dərnəyinin rəhbəri Cavid Aydın 100 il kubokunu komandaya təqdim edib.

İnform.az

Baxış sayı: 82