Elm-təhsil
25.05.2018 / 10:05

“Qafqaz İslam Ordusu” adlı tədbir- ADPU-da(Foto)

“Qafqaz İslam Ordusu” adlı tədbir-
Mayın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Qafqaz İslam Ordusu” adlı tədbir keçirilib.

Universitetin ictimaiyyətlə əlaqələr və marketinq şöbəsindən İnform.az-a verilən məlumata görə, tədbirdə ADPU-nun rəhbərliyi, Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil müşaviri Mahmud Ağırman, Mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi, universitetin müəllim və tələbələri iştirak ediblər.

Qeyd edək ki, tədbir ADPU-da təhsil alan türkiyəli tələbələrin İdarə Heyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin azadlığı, ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib, Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Tədbirdə qeyd edilib ki, bu gün 31 Mart soyqırımından sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına kömək etmək məqsədilə Osmanlı dövləti tərəfindən yaradılmış Qafqaz İslam Ordusunun 100-cü ildönümüdür.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanla-Türkiyə arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. İki qardaş ölkə bir çox sahələrdə, o cümlədən elm və təhsil sahəsində uğurlu əməkdaşlıq edir.

Bu əməkdaşlıqda fəal iştirak edən ADPU Türkiyənin müxtəlif universitetləri ilə beynəlxalq simpoziumlar, konfranslar və digər elmi tədbirlər həyata keçirir.

ADPU gələcəkdə bu əməkdaşlığı daha da genişləndirmək niyyətindədir. Rektor çıxışının sonunda tədbirin təşkilatçılarına təşəkkür edib və uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil müşaviri Mahmud Ağırman, Mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi, türkiyəli tələbələrin İdarə Heyətinin sədri Hakan Köseyi Qafqaz İslam Ordusunun Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınlarının qarşısının alınmasındakı rolundan və Dağıstan müsəlmanlarına göstərdiyi köməkdən geniş danışıblar.

Tədbirdə Qafqaz İslam Ordusu Hərəkatının 100-cü ildönümü ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib, tələbə-gənclər şeirlər səsləndiriblər.

“Savalan” qrupunun bədii rəhbəri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatırının solisti Nicat Novruzlu mahnılar ifa edib.

Sonda xatirə şəkli çəkdirilib.

“Qafqaz İslam Ordusu” adlı tədbir-


“Qafqaz İslam Ordusu” adlı tədbir-


“Qafqaz İslam Ordusu” adlı tədbir-


İnform.az

Baxış sayı: 147