Hərbi
25.05.2018 / 08:30

"İsrailin F-35-i var - İran ballistik raket proqramını təkmilləşdirir"- Müharibə Təbili???

 "İsrailin F-35-i var - İran ballistik raket proqramını təkmilləşdirir"-
Dünən İsrail F-35 gizli qırıcılarını missiyada istifadə edən ilk dövlət olduğunu elan etdi.

Bu İsrail Müdafiə Qüvvələri üçün əhəmiyyətli texnoloji yenilikdir.

İnform.az
ordu.az-a istinadən xəbər verir ki, F-35 elanı yeni müharibə təbili və İrana xəbərdarlıq kimi qəbul edilə bilər.

İran və İsrail arasında gərginliyin yüksəlməsi mütəxəssislər hərbi üstünlüyün kim tərəfdə olması və bu yeniliklərin regional nüvə vəziyyəti üçün nə mənaya gəlməsi barəsində bir sıra şərhlər verir.

Son xəbərlərdən sonra diqqətlər yenidən İranın ballistik raket proqramına çevrilib. Bu proqram nüvə sazişindən çəkilməyə qərar verən Trampın da əsas hədəflərindən biridir. Çünki İran ballistik raket istehsalını davam etdirir və sözügedən sazişdə bunun üçün hər-hansı bir məhdudiyyət nəzərdə tutulmayıb.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutu İranın bu raketlərinin həm də nüvə riski meydana gətirdiyini bildirib.

Hətta bu yeni silahları nəzərə almadıqda belə hər iki ölkə ciddi dağıdıcı gücə malikdir. İsrailin hərbi gücü diqqətə layiqdir və onun büdcəsi demək olar ki, həmişə İranınkından 3-5 dəfə çox olur. Lakin İranın yaxın müttəfiqləri və onun qeyri-nüvə raket arsenalı hərbi əməliyyat zamanı İsrailə böyük fəlakət gətirə bilər.

İnform.az

Baxış sayı: 38