İdman
24.05.2018 / 15:12

Gənclər ilk liqa turnirində

Gənclər ilk liqa turnirində
Karateçilər Bolqarıstanın paytaxtı Sofiyada nüfuzlu turnirə yollanıb.

İnform.az Azərbaycan Milli Karate Federasiyasının Mətbuat xidmətin məlumatına istinadən xəbər verir ki, milli komandanın üzvləri Dünya Karate Federasiyasının (WKF) Gənclər arasında ilk liqa turnirində iştirak edəcək. 24-28 may tarixlərində bu yarış həm də oktyabrda Argentinada Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıracaq.

Gənclərdən ibarət milli komandanın baş məşqçisi Anar Allahverdiyev, eləcə də kişilərdən ibarət milli komandanın baş məşqçisi Şahin Xudaverdiyev məsul yarışda 10 idmançını sınaqdan çıxaracaq.

Elmir və Elnur Aşurov qardaşlarından (müvafiq olaraq -55 kq və -61 kq çəki dərəclərində) başqa Xəqan Həsənov (-55 kq), Tural Yaqubov (-68 kq), Məhəmməd Məmmədov və Bəxtiyar Rzayev (hər ikisi -68 kq), Amil Bünyadzadə və Musa Sarıyev (ikisi də +76 kq), həmçinin Mədinə Sadıqova (-48 kq) və Polina Hurenko (-53 kq) olimpiya lisenziya xalları uğrunda mübarizə aparacaq.

Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov turniri idarə edənlər arasında olacaq.

İnform.az

Baxış sayı: 216