Diaspora Akademiyası
24.05.2018 / 11:20

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü il dönümü qeyd edilib- Qırğızstanda(Foto)

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü il dönümü qeyd edilib-

2018-ci ilin may ayının 23-də Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi yubileyi münasibətilə Bişkekin möhtəşəm “Damas” mehmanxanasının ziyafət salonunda təntənəli mərasim keçirilib.

Qonaqları milli geyimlərmizdə olan gənclər qarşılayıblar.

Tədbir başlamadan öncə qonaqlar Azərbaycan həqiqətlərini əks etdirən sərgi - kitab, buklet və jurnallarla tanış oldular.

Azərbaycan Respublikasının Qırğız Respublikasndakı Səfirliyindən İnform.az-a verilən məlumata görə, gecədə Qırğız Respublikasının Prezident Aparatının rəsmiləri, Hökumətin üzvləri, digər yüksək vəzifəli şəxslər, Joqorku Keneşin (Parlamentin) deputatları, Qırğızstanda akkreditasiya edilmiş diplomatik nümayəndəliklərin başçıları və əməkdaşları, ziyalılar, diaspora fəalları, KİV rəhbərləri və əməkdaşları iştirak ediblər.

Mərasimdə Azərbaycanın və Qırğızstanın dövlət himnləri səsləndirilib.

Tədbir iştirakçılarını salamlayan Fövqəladə və Səlahiyyətli səfir Hidayət Orucov AXC-nin 100 illiyi yubileyinin müqəddəs Ramazan ayına təsadüf etdiyi vurğuladı, bu münasiətlə onları təbrik edib.

Səfir Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri İlham Əliyevin 2018-ci ilin Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı Sərəncam imzaladığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. O, 100 il əvvəl yaranmış və cəmi 23 ay mövcud müsəlman şərqinin ilk demokratik parlamentli respublikası olan AXC-nin müsəlman dünyasında ilk dünyəvi respublika olduğunu vurğuladı, onun Azərbaycan xalqının və bütün müsəlman dünyasının salnaməsinə qızıl hərflərlə yazıldığını qeyd edib.

Diplomat, AXC-nin – bizim milli sərvətimiz, Cümhuriyyətin yaranması və fəaliyyəti Azərbaycanın müstəqillik əzminin, xalqımızın öz dövlətçilik ənənələrinə sədaqətinin və azadlıq mücadiləsinin nəticəsi olduğunu qonaqların diqqətinə çatdırdı.

O bildirdi ki, AXC-nin siyasi sisteminə, həyata keçirildiyi islahatlara, demokratik dövlət quruluşuna, eləcə də təyin etdiyi məqsəd və vəzifələrinə görə Avropanın ənənəvi demokratik dövlətlərindən geridə qalmırdı. Azərbaycan müsəlman dünyasında qadınlara seçki hüququ verən ilk ölkə oldu və hətta bu baxımdan bir sıra Avropa və Amerikanın ənənəvi demokratik dövlətlərini qabağlayıb.

Səfir müstəqil Azərbaycan Respublikası AXC-nin siyasi və mənəvi varisi olduğunun və 100 il əvvəl olduğu kimi, torpaqlarımızın erməni təcavüzü ilə üzləşdiyi barədə geniş məlumat verib.

Azərbaycan müstəqilliyinin bərpasından sonra Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində ərazimizin 20% işğal edildiyini və 1 milyon insanın öz doğma torpağında qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü ifadə etdi, işğala son qoyılması, zəbt edilmiş torpaqların qeyd-şərtsiz azad olunması barədə BMT Təhlükəsizlik Şurasının 1993-cu ildə qəbul etdiyi dörd qətnaməsinin hələ də yerinə yetirilmədiyini iştirakçıların diqqətinə çatdırıb.

Diplomat çağdaş Azərbaycanın tərəqqisindən, qitələrarası layihələrin həyata keçirilməsində iştrakından, dünya birliyində yerindən və müqeyindən söz açdı. Ölkəmizin Qırğızstanla əlaqələrindən danışaraq bizim xalqlarımız etnik və tarixi əlaqələr, mədəniyyət, adət-ənənələr və dil ilə bağlı olduqlarını, bu da öz növbəsində yaxın və effektiv əməkdaşlıq üçün böyük imkanlar verdiyini, iş birliyinin genişləndirilməsi və dərinləşdirilməsi ölkə rəhbərlərmizin siyasətlərinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.
"Ulu öndər Heydər Əliyev deyirdi: “Biz kökü bir, dili bir olan xalqlarıq. “Manas”-ın dili – bizim ümumi dilimizdir.”-deyə H.Orucov bildirib.

Sonra çıxış edən Qırğız Respublikasının Xarici işlər nazirinin müavini Nurlan Abdrahmanov AXC-nin 100 iliyi yubileyi münasibəti ilə Azərbaycan xalqını təbrik etdi. O, eyni zamanda bu il ikitərəfli diplomatik münasibətlərin 25 illiyini qeyd edildiyini, həmin dövrdə ikitərəfli əlaqələrin inkişafı və intensivləşməsi yolunu keçərək bütün səviyyələrdə əlaqələr sıxlaşması, beynəlxalq arenada qarışıqlı etimadın artması, mədəni, humanitar, ticarət, iqtisadi və digər sahədə əməkdaşlığın genişlənməsinin və dərinləşməsinin davam etdiyini bildirib.

Nurlan Abdrahmanov vurğuladı ki, bu gün Qırğızstan və Azərbaycan arasında beynəlxalq arenada münasibətləri sadiq tərəfdaş və qardaşlıq ruhundadır, eləcədə ölkələrimiz ənənəvi dostluğunu möhkəmləndirmək və inkişaf etdirmək niyyətindədilər.

Tədbir ziyafətlə davam etdirilib və qonaqlara zəngin mətbəximizin nümunələri, həmçinin Azərbaycan tarixini və həqiqətlərini əks etdirən jurnallar təqdim olunub.

Tədbir boyu Azərbaycana dair təbliğat videosu nümayiş olunub və xalq, klassik, estrada musiqiləri səsləndirilib.

Qırğızstanın əməkdar artisti Bakıt İbıkeyev dahi mügənni-bəstəkarımız Müslüm Maqomayevin ölməz mahnılarını yüksək peşəkarlıqla ifa edib.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü il dönümü qeyd edilib-


Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü il dönümü qeyd edilib-


Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü il dönümü qeyd edilib-


Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü il dönümü qeyd edilib-


Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü il dönümü qeyd edilib-


Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü il dönümü qeyd edilib-


Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü il dönümü qeyd edilib-


Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü il dönümü qeyd edilib-


Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü il dönümü qeyd edilib-


İnform.az

Baxış sayı: 310