Elm-təhsil
24.05.2018 / 09:15

ATMU tələbəsi müsabiqədə ikinci olub- FOTO

ATMU tələbəsi müsabiqədə ikinci olub-
ATMU tələbəsi- Nigar Ömərova AXC-nin 100 illiyinə həsr olunmuş yazı müsabiqəsində II yerə layiq görülüb.

21 may tarixində Bank Respublika və Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti 100” mövzusunda tələbələrarasında keçirilən yazı müsabiqəsinin qalibləri bəlli olub.

Müsabiqədə iştirak üçün tələbələr tərəfindən 100-dən artıq yazı işi göndərilmişdir. Xalq artisti Nurəddin Mehdixanlı, BDU-nun Tarix fakültəsinin kafedra müdiri Anar İskəndərov, BDU-nun Tarix üzrə fəlsəfə doktoru Sevinc Qasımova, Bank Respublika və Banklar Assosiasiasının rəhbərliyindən ibarət münsiflər heyəti göndərilən bütün yazıları təhlil etdikdən sonra müsabiqənin 3 qalibini müəyyən ediblər..

Nərmin Əsgərova I yer - (Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası)

Nigar Ömərova II yer - (AzərbaycanTurizm və Menecment Universiteti)

Nazim Vəlixanov III yer - (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)


Qalibləri təbrik etdikdən sonra onlara müsabiqədə iştirak etdikləri üçün bir daha təşəkkür edilərək, pul mükafatı və qalibiyyət sertifikatları təqdim olunub.

Mayın 22-də Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov Bank Respublika və Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti 100” mövzusunda tələbələr arasında keçirilən yazı müsabiqəsinin qaliblərindən-universitetin tələbəsi Nigar Ömərovanı təbrik etmiş gələcək həyatında, təhsilillərində ona uğurlar arzulayıb və mükafatları təqdim edib.

ATMU tələbəsi müsabiqədə ikinci olub-


İnform.az


Baxış sayı: 533