Diaspora Akademiyası
23.05.2018 / 23:20

Fuad Muradov Türkiyə Böyük Millət Məclisinin spikeri ilə görüşüb- FOTO

Fuad Muradov Türkiyə Böyük Millət Məclisinin spikeri ilə görüşüb-
Türkiyə Böyük Millət Məclisinin spikeri İsmayıl Qəhrəman Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycanın Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovu qəbul edib.

Komitənin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Türkiyənin nüfuzlu Anadolu Agentlyininyaydığı məlumata görə,TBMM sədri İsmayıl Qəhrəman Fuad Muradovla bir çox məsələlərləbağlı fikir mübadiləsi aparıb.

İsmayıl Qəhrəman görüşdə Qarabağ məsələsinə toxunub və bildirib ki, “Qarabağ bizim milli məsələmizdir. Nə yazıq ki, dünyanın gözü önündə böyük haqsızlıq yaşanmaqdadır. Dünya bu və buna bənzər haqsızlıqlara qarşı seyrçi qalmamalıdır”

Komitə sədri Fuad Muradov isə hər bir azərbaycanlının qəlbinin Türkiyə ilə çırpındığını bildirib. O, deyib ki, “inanıram ki, bu ürəklər birləşib böyük işlər görəcək”.

F. Muradov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən işlərin iki ölkənin gələcəyi üçün edildiyini
qeyd edib.

Komitə sədri əlavə edib ki, “insanlarımız arasında böyük körpülər var. Bu körpülər ulu öndər Heydər Əliyev tərəfindən qurulub.Bunlar sülh və dostluq körpüləridir”.

Fuad Muradovun səfəri Türkiyə mediasında geniş işıqlandırılıb.

Fuad Muradov Türkiyə Böyük Millət Məclisinin spikeri ilə görüşüb-


Fuad Muradov Türkiyə Böyük Millət Məclisinin spikeri ilə görüşüb-


İnform.az



Baxış sayı: 49