Dünya
26.07.2015 / 07:48

Hollandiyada güclü qasırğa davam edir

Hollandiyada güclü qasırğa davam edir


Hollandiyada bir neçə gündür ki, davam edən güclü qasırğa artıq bir nəfərin həyatına son qoyub. İnform.az İsveçirənin nzz.com saytına istinadən xəbər verir ki, Almanniya ilə sərhəddə yerləşən Arnhem şəhəri yaxınlığında külək ağacı avtomobilin üstünə aşırması nəticəsində sürücü həlak olub.

Həmçinin Amsterdam, Apeldoorn və Rotterdam şəhərlərində də, küləyin ağacları yıxması nəticəsində çox sayda insanın xəsarət aldığı bildirilir.

Güclü qasırğa və şiddətli külək səbəbindən artıq ölkənin bir sıra ərazilərində avtomobillərin hərəkəti dayandırılıb.

Təbriz İslam / İnform.az

Baxış sayı: 308