Diaspora Akademiyası
23.05.2018 / 18:28

Fuad Muradov Türkiyəyə rəsmi səfərdədir

Fuad Muradov Türkiyəyə rəsmi səfərdədir
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyədə Respulikasında rəsmi səfərdədir.

Komitənin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, rəsmi səfər çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak, Türkiyə dövlət rəsmiləri, diaspor nümayəndələri, həmçinin azərbaycanlı tələbələrlə görüşlər nəzərdə tutulub.

Tədbir və görüşlər Türkiyənin Ankara, İstanbul, Əskişəhər, Antalya və Kütahya şəhərlərində baş tutacaq. Komitə sədrinin səfəri mayın 26-da yekunlaşacaq.

İnform.az

Baxış sayı: 45