Maqazin
23.05.2018 / 16:07

"İstəsəniz də boşanmayacağıq”- Emma Ələkbərzadə

"İstəsəniz də boşanmayacağıq”-
“Həyat yoldaşımın adı Emil, soyadı Əliyevdir. David adında övladımız var. Çox xoşbəxtəm. Qoy sevinməsinlər ki, mən boşanmışam. Boşanmağa hazırlaşmıram. Mən diqqət etmişəm ki, sosial şəbəkədə oturan bəzi xanımlar bekarçılıqdan nəsə şayiə deyirlər. Məsələn mənim boş vaxtım yoxdur. Evdə bütün işlərimi özüm görürəm. Həmin sözləri yazan xanımlara demək istəyirəm ki, özünüzü yormayın, istəsəniz də boşanmayacağıq”.

İnform.az
axşam.az-ın məlumatına istinadən bildirir ki, ifaçı Emma Ələkbərzadə “APA TV”-nin “Show time” verilişinə açıqlamasında boşanmadıqlarını bildirib.

E.Ələkbərzadə daha sonra həyat yoldaşı onun sənətinə dəstək olduğunu vurğulayıb:

“Yoldaşımın mənə qadağası yoxdur, ola da bilməz. Çünki mənim sənətimə hörmət eləyir. Özü baş aşpazdı, evə gec gəlir. Bu da işi ilə əlaqədardır”.

Qeyd edək ki, E.Ələkbərzadə 2013-ci ildə ailə qurub.



İnform.az

Baxış sayı: 1418