Hərbi, Qarabağ
23.05.2018 / 11:21

Ermənistan ordusunun daha bir əsgəri öldü

Ermənistan ordusunun daha bir əsgəri öldü
Dünən saat 13:30 radələrində Ermənistanın cənub-qərb istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda 1998-cu il təvəllüdlü erməni hərbi qulluqçu, sıravi Martin Qriqor Xaçatryanın meyiti aşkar edilib.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Onun qarın nahiyəsindən yaralanaraq öldüyü bildirilir.

Rəsmi məlumatlara görə, Martin Xaçatryan 2017-ci ildə Gümrü hərbi komissarlığından hərbi xidmətə çağırılıb.

Faktla bağlı araşdırma aparılır.

İnform.az

Baxış sayı: 73