Dünya, Hərbi
23.05.2018 / 09:35

Ukrayna “Javelin” raketinin ilk sınağını keçirib

Ukrayna “Javelin” raketinin ilk sınağını keçirib
Ukrayna şərqində davam edən münaqişədə müdafiəsini gücləndirmək məqsədilə Birləşmiş Ştatlardan aldığı “Javelin” raket sistemlərinin ilk sınağını həyata keçirib.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko məlumat yayıb.

“Nəhayət ki, həmin gün gəldi. Bu gün, mayın 22-də Ukrayna “Javelin” tank əleyhinə rake sisteminin ilk sınağını həyata keçirdi. Arıq əminəm ki, Ukrayna Silahlı Qüvvələrinin raket qoşunlarının, artilleriya bölüklərinin effektliyi əhəmiyyətli şəkildə artıb”, -deyə prezident qeyd edib.

O, həmin sistemləri idarə edəcək hərbi qulluqçuların da zəruri təlimləri başa vurduqlarını və artıq “Javelin”ləri istifadə eməyə hazır olduqlarını bildirib.


İnform.az

Baxış sayı: 172