Dünya, Hərbi
23.05.2018 / 09:15

Rusiyanın yeni nüvə imkanlı qanadlı raketinin sınağı uğursuz olub

Rusiyanın yeni nüvə imkanlı qanadlı raketinin sınağı uğursuz olub
Rusiya prezidenti Vladimir Putinin limitsiz mənzilə malik olduğunu iddia etdiyi raket çoxsaylı sınaqlar zamanı uğursuzluğa düçar olub.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, CNBC-ə istinadən xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatından olan adı çəkilməyən mənbələr bildirib.

Mənbələrin məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin “Burevestnik” adlandırdığı raket noyabr və fevral aylar arasında dörd dəfə sınaqdan keçirilib və hər dəfəsində uğursuz olub.

Silahın ən qısa və ən uzun sınaq uçuşu uyğun olaraq 4 saniyə və 2 dəqiqə davam edib.

Bu müddət ərzində raket 22 mil uça bilib.

Baxış sayı: 184