Baş xəbər, Hərbi
22.05.2018 / 17:50

Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin və Milli Mina Fəaliyyət Mərkəzi İdarəsi nümayəndələri - ANAMA-da(Foto)

Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin və Milli Mina Fəaliyyət Mərkəzi İdarəsi nümayəndələri -

2018-ci il 16-19 may tarixlərində Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Müstəşar müavini general-leytenant cənab Göksal Kaya və Türkiyə Respublikasının Milli Mina Fəaliyyət Mərkəzi İdarəsinin (MAFAM) polkovniki cənab Nedim Fatih Seyha Agentliyin baş qərargahına, Göygöl Regional Təlim Bazasına, eləcə də Ceyrançöl Etimad Fondu layihəsinin həyata keçirildiyi əraziyə səfər ediblər.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, 2018-ci il 18 may tarixində ANAMA baş qərargahında Agentliyin Direktoru cənab Qəzənfər Əhmədov və Planlaşdırma və İnkişaf Şöbəsinin rəisi cənab Pərviz Gidayev nümayəndə heyətini qəbul ediblər.

Görüş zamanı nümayəndə heyətinə Agentlik tərəfindən həyata keçirilən humanitar minatəmizləmə sahəsində aparılan əməliyyatlar, partlamamış hərbi sursat problemi, beynəlxalq layihələr, bu günə qədər xarici və yerli mütəxəssislər üçün təşkil olunmuş təlimlər barədə məlumat verilmiş, humanitar minatəmizləmə sahəsində gələcəkdə də iki ölkə arasında əməkdaşlıq üzrə müzakirələr aparılıb.

Əsas müzakirə mövzusu isə Türkiyə Respublikasının Milli Mina Fəaliyyət Mərkəzi İdarəsinin (MAFAM) heyəti üçün Agentliyin Göygöl Regional Təlim Bazasında, ANAMA-nın Təlim, Tədqiqat və Keyfiyyətə Təminat (TTKT) Qurumu tərəfindən tədris edilən təlim kurslarının keçirilməsi və eyni zamanda Türkiyə Respublikasında Agentliyin heyəti üçün təlimlərin keçirilməsi istiqamətində ikitərəfli əməkdaşlıq olub.

Rəsmi görüş zamanı ANAMA tərəfindən Türkiyə Respublikası ərazisində həyata keçirilən minatəmizləmə əməliyyatlarına dəstək sahəsində də fikir mübadiləsi edilib.

Səfərin başlıca məqsədi 2018-ci ilin yay aylarında tamamlanması planlaşdırılan Ceyrançöl Təmizləmə Layihəsi üzrə ərazidə həyata keçirilən mina və partlamamış hərbi sursat (PHS) təmizlənməsi əməliyyatlarını yerində müşahidə etmək, eyni zamanda lider ölkə məsuliyyəti çərçivəsindəki digər mövzuların koordinasiyasını təmin etməkdən ibarət idi.

İnform.az

Baxış sayı: 223