Hadisə
22.05.2018 / 16:46

Bakıdakı partlayışın bəzi təfərrüatları bilinib- VİDEO

Bakıdakı partlayışın bəzi təfərrüatları bilinib-
Bakıda kafedə baş verən partlayışın bəzi təfərrüatları məlum olub.

İnform.az-ın xəbərinə görə, Real TV-nin əməkdaşı hadisəni yerində araşdırıb.

Respublika Yanıq Mərkəzinə yerləşdirilən və bədəninin 90 faizi yanan Şəkər İbrahimovanın yaxınları Real TV-yə bildirib ki, partlayışda ölənlərdən ikisi qohum olub.

Belə ki, hadisə nəticəsində dünyasını dəyişən Gülənaz İbrahimova partlayışdan 20-25 dəqiqə əvvəl baldızı Şəkər İbrahimovanın yanına gəlib.

Gülənaz İbrahimova kafedə işləmirdi, sadəcə olaraq həmin gün baldızı ilə görüşməyə gəlib.

Dünyasını dəyişən Söhrab Saatov isə kafedə müştəri olub.

Gülənaz İbrahimova Sumqayıtda dəfn olunub.

Mayın 21-də Binəqədi rayonunda kafenin içərisində propan qaz balonu partlayıb. Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1969-cu il təvəllüdlü İbrahimova Gülənaz Rəhim qızı və 1963-cü il təvəllüdlü Saatov Söhrab Yusif oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Daha 2 nəfər, 1965-ci il təvəllüdlü İbrahimova Şəkər Xosrov qızı və 1974-cü il təvəllüdlü İbrahimov Natiq Zahid oğlu müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. N.İbrahimov xəstəxanada ölüb.

Hadisə yerindən ən son görüntüləri də təqdim edirik:






Baxış sayı: 1229