İdman, Hüquq
22.05.2018 / 15:08

İdmanda da fərqlənirlər, xidmətdə də

İdmanda da fərqlənirlər, xidmətdə də
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş polis çoxnövçülüyü yarışlarında Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları da uğurla təmsil olunublar.

Polis serjanları Fərid Abdullayev və Vüqar Ramazanov keçirilən turnirdə yüksək nəticə əldə etməyi bacarıblar. Belə ki, F.Abdullayev 100 metr məsafəyə qaçış üzrə 1-ci, V.Ramazanov isə gimnastika hərəkətləri üzrə 3-cü yerə layiq görülüblər.

Onlar fiziki hazırlıq səviyyəsinə görə həmişə fərqlənirlər, rayon ərazisində cinayətkarlıqla mübarizədə, ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasında , sabitliyin qorunmasında daim fəallıq nümayiş etdirir, dövlətə və xalqa sədaqətlə xidmət edirlər.

İdmanda da fərqlənirlər, xidmətdə də


Mahir Məsimov/DİN Mətbuat Xidmətinin əməkdaşı

Baxış sayı: 41