Hüquq
22.05.2018 / 14:58

Mağazadan oğurluq edən şəxslər saxlanılıblar- FOTO

Mağazadan oğurluq edən şəxslər saxlanılıblar-
Mayın 20-də Gəncə şəhər sakini gecə saatlarında ərazidə xidmət aparan polis əməkdaşına yaxınlaşaraq bildirib ki, ona məxsus mağazadan ümumi dəyəri 1000 manat təşkil edən 12 cüt ayaqqabı, 6 ədəd şalvar və 3 ədəd köynək naməlum şəxs və ya şəxlər tərəfindən oğurlanıb.

Bu barədə İnform.az-a DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumata görə, Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri: Elvin Bağırov, Əliyev Tural Valeh oğlu, əvvəllər məhkum olunmuşlar Elçin Xeyirxəbərov və Əliyev Tural Fəhrad oğlu maddi sübutlarla birlikdə yaxalanaraq Kəpəz RPİ-nə gətirilib.

Dindirilmə zamanı onlar törətdikləri oğurluq hadisəsini etiraf ediblər. Qeyd edək ki, saxlanılan şəxlər mağazanın yerləşdiyi ticarət mərkəzində gözətçi işləyiblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mağazadan oğurluq edən şəxslər saxlanılıblar-


İnform.az

Baxış sayı: 172