Texnologiya
22.05.2018 / 12:15

“Lada Priora” tarixə qovuşacaq

“Lada Priora” tarixə qovuşacaq
Rusiyanın “AvtoVAZ” şirkəti “Lada” avtomobil konveyerindən “Priora”, “Granta” və “Kalina” markalarını yığışdırır.

İnform.az oxu.az-a istinadən xəbər verir ki, onu yeni modellər əvəz edəcək.

Nəşrin məlumatına görə, zavodun iyul planında bu maşınlar artıq yoxdur.

Atomobil istehsalçısı açıqlayıb ki, bu avtomobilləri yeni X-stilli avtomobillər əvəz edəcək.

“Lada Priora” - ən çox satılan avtomobil seriyasıdır. 2009 cə 2012-ci illərdə Rusiyada maşın alıcıları arasında ən populyar olub.

2017-ci ilin aprelində istehsal olunan “Priora”ların sayı milyona çatıb.

Qeyd edək ki, bu avtomobil Azərbaycanda da böyük populyarlıq qazanıb.

İnform.az

Baxış sayı: 283