Hadisə
22.05.2018 / 10:40

Bakıdakı partlayışda ölənlərin sayı artdı

Bakıdakı partlayışda ölənlərin sayı artdı
Digər yaralının isə vəziyyətinin ağır olduğu bildirilir.

Ötən gün Bakıda kafedə baş vermiş güclü partlayış nəticəsində xəsarət alanlardan biri dünyasını dəyişib.

İnform.az-ın xəbərinə görə, bu barədə Real TV-yə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

Onun sözlərinə görə, güclü yanıq xəsarətləri alan 44 yaşlı Natiq Zahid oğlu İbrahimov gecə saatlarında dünyasını dəyişib.

“Bədəninin 100 faizi yanmışdı. Həkimlər müdaxilə etsə də onun həyatını xilas etmək mümkün olmayıb”, - deyə Səfayə Əhmədova bildirib.

Digər yaralının da vəziyyətinin ağır olduğunu bildirən Səfayə Əhmədova qeyd etdi ki, 53 yaşlı Şəkər Xosroq qızı İbrahimovanın bədəninin 90 faizi yanıb. O, hazırda reanimasiya şöbəsindədir.

Qeyd edək ki, mayın 21-də günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 kv.m olan (10 kv.m hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb.

Nəticədə tikilinin yanar konstruksiyaları yanıb. Hadisə nəticəsində 2 nəfər ölüb, iki nəfər isə xəstəxanaya çatdırılmışdı.

İnform.az

Baxış sayı: 49