Ədəbiyyat
22.05.2018 / 09:00

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi AYB-nin Xəzər bölməsində qeyd edilib- FOTO

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi AYB-nin Xəzər bölməsində qeyd edilib-
Silsilə olaraq şeir, qəzəl ustadlarına həsr olunmuş tədbirlərə təşkilatçılıq edən Azərbaycan Yazıçılar Birliyi Xəzər bölməsi dünən qapılarını şeirsevərlərin üzünə açıb.

Adətən şairlərə, xeyirxah, nümunəvi insanlara həsr olunan tədbirlərdən fəqli olaraq Ruhulla Axundov adına Mədəniyyət Evində təşkil edilən bu tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub.

Bölmədən İnform.az-a verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.

Daha sonra tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyi Xəzər Bölməsinin sədri Arif Buzovnalı davam etdirib. Bildirib ki, may ayının 28-də 100 illik yubileyi qeyd olunan Cumhuriyyət Şərqdə ilk demokratik və parlamentli respublikadır.

A.Buzovnalı sözlərinə onu da əlavə edib ki, qarşısına müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumət cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi.

Daha sonra ədəbi-bədii gecə Xəzər Yazıçılar Birliyinin üzvlərinin ifasında vətənpərvərliyə həsr edilmiş şeirlər səsləndi, mahnılar oxundu. Xəzər Yazıçılar Birliyinin üzvləri Hacı Soltan Əlizadə, Zülfikar Həbibi, Nizami Mücahid, Əşrəf Pirşağılı, Zaur Rəxşan, Saleh Səbat, Əşrəf Fəxri, Almaz Hüseynova, Tahirə Məmmədova, Vüsalə Vətənxan Azərbaycan bayrağına, müstəqilliyə həsr edilmiş, vətən məhəbbəti, Azərbaycan sevgisini tərənnüm edən şeirlər səsləndirdilər.

Eyni zamanda əbəbi-bədii gecəyə Ruhulla Axundov adına Mədəniyyət Evinin “Səda” ansamblı öz ifaları ilə rəngarənglik qatıb. Ansamblın rəhbəri Elşən Məmmədov və solisti Şirəli Məmmədov vətənpərvərliyə həsr olunmuş ifaları ilə ürəkləri riqqətə gətiriblər.

Sonda gecənin təşkilatçısı, AYB Xəzər Bölməsinin sədri A.Buzovnalı tədbir iştirakçılarına, 125, 206 və 234 saylı məktəbin müəllim və şagird kollektivinə xüsusi təşəkkürlərini bildirib.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi AYB-nin Xəzər bölməsində qeyd edilib-


Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi AYB-nin Xəzər bölməsində qeyd edilib-


İnform.az

Baxış sayı: 579