İdman, Hüquq
21.05.2018 / 18:30

Qaliblər sırasında

Qaliblər sırasında
Cəvani Allahyarov və Bəxtiyar Nadirov Siyəzən Rayon Polis Şöbəsində xidmət edirlər. Nümunəvi xidmətləri ilə yanaşı fiziki hazırlıq səviyyəsinə görə də fərqlənirlər. Dəfələrlə ölkə və zona yarışlarında iştirak edib, yüksək nəticələr göstərib, müxtəlif mükafatlar qazanıblar.

Bu yaxınlarda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş polis çoxnövçülüyü yarışlarında iştirak edən idmançılarımız turnirdən medalla qayıdıblar.

Polis serjantı Cəvani Allahyarov keçirilən yarışda gimnastika hərəkətləri üzrə 1-ci yer, polis serjantı Bəxtiyar Nadirov isə 100 metr məsafəyə qaçış üzrə 2-yerə layiq görülüb.


Nizam Həmidov/DİN Mətbuat Xidmətinin əməkdaşı

Baxış sayı: 56