Hadisə
21.05.2018 / 15:40

Bakıda iki nəfərin öldüyü dəhşətli partlayış- VİDEO

Bakıda iki nəfərin öldüyü dəhşətli partlayış-
"Elit" ticarət mərkəzinin yanında avtomobil ehtiyyat hissələrinin satıldığı ərazi yaxınlığındakı kafedə partlayış olub.

İnform.az axar.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb. Ölənlərdən biri qadındır. Kafe işçilərinin verdiyi məlumata görə, ölən qadın kafe sahibinin qardaşı arvadı olub.

İlkin ehtimallara görə, kafedə qaz balonu partlayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova partlayış nəticəsində yaralanan iki nəfərin vəziyyətinin ağır olduğunu deyib.

Onun sözlərinə görə, biri qadın, digəri isə orta yaşlı kişi olan yaralılar müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda kafedə baş vermiş partlayışla bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb.

Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 2 nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Daha 2 nəfər (İbrahimov Natiq Zahid oğlu, 44 yaş; İbrahimova Şəkər Xosrov qızı, 53 yaş) yanğınsöndürənlər hadisə yerinə çatana kimi xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əlavə məlumat veriləcək.





İnform.az

Baxış sayı: 1251