Elm-təhsil
21.05.2018 / 17:30

Bilik Fondu gənc tədqiqatçıları sabahın mütəxəssisləri ilə görüşdürüb- FOTO

Bilik Fondu gənc tədqiqatçıları sabahın mütəxəssisləri ilə görüşdürüb-
2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə mayın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecində “dəyirmi masa” keçirilib.

Fondun Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə neft amili” mövzusunda təşkil olunmuş tədbirə AMEA-nın Neft və Qaz İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasınınbir qrup üzvü iştirak edib.

Tədbiri giriş sözü ilə açan kollecin direktor müavini Hüseyn Hüseynov Cümhuriyyət dövrü tarixinin hər bir azərbaycanlı tərəfindən öyrənilməsinin vacibliyini vurğulayıb və belə bir görüşün Bakı Neft-Energetika Kollecində keçirildiyinə görə Bilik Fonduna minnətdarlığını bildirib.

Fondun mətbuat katibi Ceyhun Musaoğlu təmsil etdiyi qurumun “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində həyata keçirdiyi layihələr barədə məlumat verib. O, qonaqları təqdim etdikdən sonra iştirakçıları açıq müzakirələrə qatılmağa dəvət edib.

“Dəyirmi masa”da AMEA Neft və Qa zİnstitutunun Gənc alim vəMütəxəssislər Şürasının sədri, yer elmləri üzrə fəlsəfə doktoru Rəqsanə Əsgərova “Cümhuriyyət dövründə təbii sərvətlərin istifadəsi”, sədr müavini Yeganə Hacıyeva “Azərbaycan Xalq Cümhuriyyəti dövründə neft sənayesinin inkişafı”, gənc mütəxəssislər –Naidəİskəndərqızi “İlk neft çıxarılma üsulu”, Zəhra Xanbutayeva “Cəmiyyətin inkişafında neftin rolu”, Aysel Məmmədova “Neft texnologiyasının inkişaf mərhələləri”, Elnarə Ağayeva “İkinci dünya müharibəsində Azərbaycanın neft amili” mövzularında çıxış ediblər.

Natiqlər Cümhuriyyət dövründə neft amilinin hökumətin fəaliyyətində ciddi problemlərəsəbəb olduğunu vurğulayaraq, xarici dövlətlərin “qara qızıla” olan hərisliklərinəticəsində müstəqilliyin təhlükə altına düşdüyünü bildiriblər.

Çıxışçılar sonrakı dövrdə Azərbaycanın bu yeraltı sərvətindən düzgün istifadə olunduğunu deyərək, xüsusən müstəqilliyinbərpasından sonra Ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə qurulan neft strategiyasının xalqımız və dövlətimiz üçün faydasınıqeyd ediblər.

“Dəyirmi masa”da tələbələr onları maraqlandıran suallara ətraflı cavablar alıblar.

Bilik Fondu gənc tədqiqatçıları sabahın mütəxəssisləri ilə görüşdürüb-


Bilik Fondu gənc tədqiqatçıları sabahın mütəxəssisləri ilə görüşdürüb-


İnform.az


Baxış sayı: 188