Dünya, Hərbi
21.05.2018 / 17:00

Sərkisyan aviasiyanı məhv etdi - Petrosyan

 Sərkisyan aviasiyanı məhv etdi - "Ermənistanın ilk milli aviaşirkətini qurmaq vaxtı çatıb..."

İnform.az axar.az-a istinadən xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında Ermənistanın Mülki Aviasiya Baş İdarəsinin keçmiş rəhbəri Şaqen Petrosyan deyib.

“Bu illər ərzində aviasiya sahəsində sadəcə soyğunçuluq hökm sürüb. Hər şey məhv edilib. Bütün erməni aviaşirkətləri yox edilib. İndi bizə daha böyük məbləğ – 50 milyon dollar lazımdır ki, təyyarələr əldə edib, infrastrukturu sıfırdan quraq. Rusiya şirkətlərinin bazarda monopoliyaya sahib olmaları, yanacağın qiyməti, xidmət sahəsindəki monopoliya ləğv edilməlidir. Yeni şirkətlərin rəqabət şəraitində çalışması çox çətin olacaq. Erməni aviasiyasını Robert Köçəryan məhv etdi, Serj Sərkisyan isə bu prosesi davam etdirdi” – deyə o bildirib.

Qeyd edək ki, Ermənistanın mülki aviasiyası Rusiyanın nəzarətindədir. Ölkənin özünə aid heç bir aviaşirkəti yoxdur. Ölkədəki aviaşirkətlərin hamısı bankrot olub. Erməni aviaşirkətlərin icra etməli olduqları bütün fəaliyyət sahələri Rusiya şirkətlərinə verilib.

İnform.az

Baxış sayı: 169