Türk dünyası, Hərbi
21.05.2018 / 16:50

Türkiyə “Kornet-EM” komplekslərini almaq niyyətindədir

Türkiyə “Kornet-EM” komplekslərini almaq niyyətindədir
Türkiyə Rusiya ilə “Kornet-EM” tank əleyhinə raket kompleksinin təchizatına dair danışıqlar aparır.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə müdafiə sənayesi kompleksindən olan mənbələr məlumat yayıb.

Məlumata görə, Türkiyə NATO və ABŞ-la əlaqələrin gərginləşməsinə baxmayaraq Rusiya silahlarına marağı saxlamaqda davam edir. Ankaranı xüsusilə “Kornet-EM”lərin “Leopard II” və M1 “Abrams” tanklarının müdafiə sistemini dəf edə bilən modifikasiyaları maraqlandırır.

“Kornet-EM”lərə dair danışıqlara paralel olaraq Türkiyə Silahlı Qüvvələri tank zirehləri sahəsində də Rusiya ilə əməkdaşlığa maraq göstərir.

İnform.az

Baxış sayı: 254