Hərbi
21.05.2018 / 16:37

Azərbaycan nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının planlaşdırma konfransında iştirak edir

Azərbaycan nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının planlaşdırma konfransında iştirak edir
Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları-2018” yarışlarının mayın 25-dək Moskvada keçirilən 3-cü planlaşdırma konfransında iştirak edir.

MN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, "Beynəlxalq Ordu Oyunları-2018” yarışlarının iyulun 29-dan avqustun 11-dək yeddi ölkənin - Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Çin, İran və Ermənistan ərazisində keçirilməsi planlaşdırılır.

İnform.az

Baxış sayı: 203