Hərbi
21.05.2018 / 16:06

Hərbi topoqrofların hərbi-elmi konfransı keçirilib-

Hərbi topoqrofların hərbi-elmi konfransı keçirilib-
2018-ci ilin elmi iş planına uyğun olaraq “Müasir silah və hərbi texnikanın idarəetmə sistemlərində rəqəmli topoqrafik və dəniz naviqasiya xəritələrinin tətbiqi” mövzusunda hərbi-elmi konfrans keçirilib.
Konfransda birlik, birləşmələrin topoqrafiya və hidroqrafiya xidmət rəisləri, xüsusi təyinatlı təhsil müəssisələrində hərbi topoqrafiya fənnini tədris edən müəllimlər iştirak ediblər.


MN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, tədbirdə topoqrafik və dəniz naviqasiya xəritələrinin müasir standartları, onların əhəmiyyəti, hazırlanması və istifadəsi, müasir silah və hərbi texnikanın idarəetmə sistemlərində rəqəmli xəritələrin tətbiqi mövzuları ətrafında müzakirələr aparılıb.

İnform.az





Baxış sayı: 200