İdman, Hüquq
21.05.2018 / 15:51

İdmançılarımıza hamı qibtə edirdi - FOTO

İdmançılarımıza hamı qibtə edirdi -
Mayın 17-dən 19-dək Belarusun Minsk şəhərində MDB dövlətlərinin güc qurumları arasında idmanın daş qaldırma növü üzrə turnir keçirilib.

İlk dəfə keçirilən bu yarışda Azərbaycan DİN-in idmançı əməkdaşları da iştirak ediblər.

DİN İdman Cəmiyyətinin komandası bu yarışa 5 iştirakçı ilə qatılıb. 70, 75, 80, 90, + 90 kiloqram çəki dərəcələrində müvafiq olaraq Anar Abdullayev, Elvin Dövlətov, Təbriz Məmmədov, Müşviq Hüseynov və Ruslan Kübərov öz güclərini sınayıblar. Yığmamız bu turnirdə bürünc medala sahib olub.

Qeyd edək ki, komandamızı bu yarışa DİN İdman Cəmiyyətinin Sumqayıt Regional Qurupunun baş inspektoru, polis polkovnik-leytenantı Firudin Tağıyev hazırlayıb.

Komandamızın rəhbəri, Cəmiyyətin İdmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov ölkəmizdə bu idman növündə daxili işlər orqanları əməkdaşları arasında yarışların müntəzəm keçirildiyini, onların asudə vaxtlarında bu idman növü ilə məşğul olduqlarını, əməkdaşların hazırlıq səviyyəsinin daha yüksək nəticələrə ümid etməyə əsas verdiyini, polis idmançılarımızın ildən-ilə yarış təcrübələrinin artdığını diqqətə çatdırdı.

İdmançılarımıza hamı qibtə edirdi -


Zeyni Hüseynov/DİN Mətbuat Xidmətinin əməkdaşı

Baxış sayı: 84