Hərbi, Elm-təhsil
21.05.2018 / 13:55

Hərbi Akademiyada intensiv ingilis dili kursunun növbəti buraxılışı olub - FOTO

Hərbi Akademiyada intensiv ingilis dili kursunun növbəti buraxılışı olub -
Silahlı Qüvvələrin Hərbi Akademiyasının intensiv ingilis dili kursunun növbəti buraxılışı keçirilib.

İnform.az MN-nin Mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, mərasimdə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev çıxış edərək məzunları təbrik edib və onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda kursu bitirənlərə diplom və sertifikatlar təqdim olunub və məzunlarla xatirə şəkli çəkdirilib.

Hərbi Akademiyada intensiv ingilis dili kursunun növbəti buraxılışı olub -


İnform.az

Baxış sayı: 231