Hərbi
21.05.2018 / 13:30

Cəbhə xəttində heç bir toqquşma qeydə alınmayıb- OPERATİV

Cəbhə xəttində heç bir toqquşma qeydə alınmayıb-
Sosial şəbəkələrdə və bəzi KİV-də qoşunların qarşıdurma xəttində güya gərginlik olduğunu, döyüş toqquşmalarının baş verdiyini və itkilər olduğu barədə həqiqəti əks etdirməyən informasiyalar yayılır.

İnform.azordu.az-ın Qarabağ bürosunun məlumatına istinadən xəbər verir ki, son günlər qoşunların təmas xəttində heç bir döyüş toqquşmaşısı baş verməyib və Azərbaycan Ordusunun bölmələri heç bir itkiyə məruz qalmayıb.

Məlumata görə, hazırda Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir.

Qeyd edək ki, hər gün atəşkəs rejiminin pozulması halları cəbhəətrafı yaşayış məntəqələrinin sakinləri üçün adi hala çevrilib.

İnform.az

Baxış sayı: 177