Baş xəbər, Hüquq
21.05.2018 / 13:15

Şəkidə 23 yaşlı qadın itkin düşüb- Axtarılır(Foto)

Şəkidə 23 yaşlı qadın itkin düşüb-
Şəki rayon sakini ,1995-ci il təvəllüdlü Aygün Mustafayeva aprelin 27-də gecə saatlarında evdən çıxıb və indiyənədək geri qayıtmayıb.

Bu barədə İnform.az-a DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumata görə, qadının əlamətləri belədir:

Boyu 150 sm, yumru sifətli, dolu bədən quruluşlu, saçlarının və gözlərinin rəngi qaradır. Ailəlidir.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinə 024-24-4-25-50 şəhər , ( 055 ) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Şəkidə 23 yaşlı qadın itkin düşüb-


İnform.az

Baxış sayı: 136