Sosial
21.05.2018 / 12:59

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti təkmilləşdiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti təkmilləşdiriləcək
"Bizim əsas prioritetimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti çərçivəsində göstərilən bütün xidmətlərdə şəffaflığın təmin olunması, süründürməçiliyə yol verilməməsi və əlbəttə sosial ədalətin təmin olunması olacaq".

İnform.az APA-ya istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında çıxışı zamanı bildirib.

S.Babayevin sözlərinə görə, bu çərçivədə bütün istiqamətlər üzrə təkmilləşdirmə işləri aparılacaq, əhaliyə daha yaxşı xidmət göstərilməsi üçün işlər görüləcək.

"Sosial sektorun daha səmərəli və effektiv fəaliyyəti üçün sistemli işlərimizi aparacağıq. Konkret məsələlərə gəldikdə, müvafiq istiqamətlər üzrə işçi qruplar yaradılıb, o komissiyaların fəaliyyəti çərçivəsində təkliflər hazırlanacaq, qərarlar qəbul ediləcək",- deyə nazir əlavə edib.

İnform.az

Baxış sayı: 183