Araşdırma
21.05.2018 / 12:41

Fransız tədqiqatçı Hitlerin çənə sümüyünü tədqiq edib

Fransız tədqiqatçı Hitlerin çənə sümüyünü tədqiq edib
Fransız tədqiqatçılar Adolf Hitlerin 30 aprel 1945-ci ildə özünü öldürdüyünü təsdiqləyib.

İnform.az modern.az-a istinadən xəbər verir ki, Rusiyanın Dövlət Arxivindəki qalıqları araşdıran tədqiqatçılar mövcud dəlillərin bu fərziyyəyə təmamilə uyğun gəldiyini bildiriblər.

Rusiyanın paytaxtı Moskva şəhərində 2000-ci ildə nümayiş etdirilən çənə sümüyünü incələyən tədqiqatçılar belə bir fərziyyə irəli sürmüşdülər ki, nasist Almaniyasının lideri Adolf Hitler Berlin tutulmamışdan bir gün əvvəl, yəni 30 aprel tarixində özünü güllə ilə vuraraq intihar edib. Qalıqlar o zaman da araşdırılmış, ancaq ondan hər hansı bir hissə götürülməsinə icazə verilməmişdi.Bu dəfə tədqiqatçıların qalıqlardan istifadə etməsinə imkan verilib.

Araşdırma zamanı dişlərin Hitlerə məxsus olduğu sübut olunub. Dişlərdə barut izinə rast gəlinməyib. Beləliklə, Ancaq dişlərin üstündə sianid turşusundan istifadəetdiyinə dair qalıqlar tapılıb. Bundan sonra tədqiqatçılar Hitlerin kəllə sümüyünü də tədqiqata cəlb ediblər. Kəllə sümüyünün sol tərəfində bir güllənin izi aşkar olunub.

Tədqiqatçılar Hitlerin həyat yoldaşı Eva Braun ilə birlikdə intihar etdiyini bildiriblər. Hitlerin cəsədinin alman zabitləri tərəfindən yandırıldığı, diş və kəllə sümüyünün isə ruslar tərəfindən ələ keçirilib Moskvaya aparıldığı iddia olunur.

Qeyd edək ki, ölümündən sonra Hitlerin qaçdığına və hələ də həyatdaolduğuna dair bəzi fərziyyələr irəli sürülürdü. Fransız tədqiqatçılar araşdırma apardıqdan sonra Hitleriin necə və hansı tarixdə öldüyünü hər cür sübut etməyi bacarıblar.

İnform.az








Baxış sayı: 105