Hərbi, İdman
21.05.2018 / 12:06

MOİK idmançıları güləş üzrə hərbçilərin dünya çempionatından qayıdıblar- FOTO

MOİK idmançıları güləş üzrə hərbçilərin dünya çempionatından qayıdıblar-
Moskva şəhərində hərbçilər arasında güləşin sərbəst və Yunan-roma növləri üzrə keçirilən 33-ci dünya çempionatında iştirak edən Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları mayın 20-də vətənə qayıdıblar.

MOİK idmançıları güləş üzrə hərbçilərin dünya çempionatından qayıdıblar-
İnform.az-ın xəbərinə görə, komandamızı Heydər Əliyev adına hava limanında MOİK-in üzvləri, idman azarkeşləri və idmançıların yaxınları gül-çiçəklə qarşılayıblar.

Yarışlarda komandamıza MOİK-in rəisi, Beynəlxalq Hərbi İdman Şurasında (CİSM) Azərbaycan nümayəndə heyətinin rəhbəri polkovnik-leytenant Rəşad Quliyev rəhbərlik edirdi.

Beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi, hərbçilərin Olimpiya oyunlarının qızıl medal mükafatçısı, hərbçilər arasında keçirilən XXX Dünya çempionatının qızıl medal mükafatçısı mayor Nazim Əlicanov və beynəlxalq dərəcəli idman ustası, hərbçilər arasında keçirilən Avropa və Dünya birinciliklərinin 4 qat qalibi, hərbiçilər arasında II Olimpiya oyunlarının gümüş mükafatçısı mayor Taleh İsrafilovun yarışlara hazırladıqları hərbi idmançılarımız Moskvadan böyük uğurlarla qayıdıblar. Komandanın tərkibində 3 qadın güləşçimiz də sərbəst güləş növündə mübarizə aparıb.

Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun komandası yarışlarda 2 qızıl, 3 gümüş və 6 bürünc olmaqla 11 medal qazanıb.

Həmçinin 22 komanda arasında Yunan-roma güləş növündə 3-cü yerə çıxan MOİK idmançıları çempionatın kubokuna da layiq görülüb.

Komandamızın tərkibində beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Sədi Quliyev də yarışlarda iştirak ediblər. Komandamıza uğurlar qzanaraq yüksək nəticələrlə Vətənə dönmələrini arzu edirik.

Xatırladaq ki, Moskva şəhərində hərbçilər arasında güləşin sərbəst və Yunan-roma növləri üzrə keçirilən 33-ci dünya çempionatında 22 ölkədən 350-dən çox idmançı iştirak edib.

MOİK idmançıları güləş üzrə hərbçilərin dünya çempionatından qayıdıblar-


MOİK idmançıları güləş üzrə hərbçilərin dünya çempionatından qayıdıblar-


MOİK idmançıları güləş üzrə hərbçilərin dünya çempionatından qayıdıblar-


MOİK idmançıları güləş üzrə hərbçilərin dünya çempionatından qayıdıblar-


İnform.az







Baxış sayı: 325