Elm-təhsil
21.05.2018 / 10:33

“Türk dünyasının Azərbaycan əsilli ilk hüquqşünas qadını” adlı məqalə müsabiqədə ikinic yerə layiq görüldü- FOTO

“Türk dünyasının Azərbaycan əsilli ilk hüquqşünas qadını” adlı məqalə müsabiqədə ikinic yerə layiq görüldü-
Nizami Muzeyinin əməkdaşı “Cümhuriyyətə işıq saçan qadınlar” adlı araşdırma-yazı müsabiqəsində ikinci yerə layiq görülüb.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə təşkil edilən “Cümhuriyyətə işıq saçan qadınlar” adlı araşdırma-yazı müsabiqəsinə yekun vurulub.

Müsabiqə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Yeni Azərbaycan Partiyası Qadınlar Şurası və Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu tərəfindən birgə təşkil edilib.

Muzeyin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, yazı müsabiqəsinə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Təhsil şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Kəmalə Nuriyeva “Türk dünyasının Azərbaycan əsilli ilk hüquqşünas qadını” adlı məqaləsini təqdim edib.

Müəllifin müsabiqəyə təqdim etdiyi məqalə XIX-XX əsrlər maarifçiliyinin, türkçülük, azərbaycançılıq ideoloji məktəbinin görkəmli nümayəndəsi olmuş Əhməd bəy Ağaoğlunun qızı, hüquqşünas Sürəyya Ağaoğlu haqqındadır.

1920-ci illərdə hələ yeniyetmə yaşlarında İstanbul qız məktəbində təhsil alarkən vətənpərvərlik düşüncəsini, mövqeyini əməlləri ilə biruzə verən Sürəyya xanım tarixdə türk dünyasının ilk qadın hüquqşünas və vəkili kimi yer alır.

1918-1920-ci illər Cümhuriyyət dövrünün ziyalı Azərbaycan qadınlarının fəaliyyətinin araşdırılması baxımından mühüm əhəmiyyət kəsb edən məqalə “Cümhuriyyətə işıq saçan qadınlar” müsabiqəsinin münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək ikinci yerə layiq görülüb.

Qeyd edək ki, müsabiqəyə 98 nəfər qatılmışdı. Yazılardan 67-si toplu şəklində nəşr edilib.

Sonda qaliblərə mükafat və hədiyyələr təqdim olunub.

“Türk dünyasının Azərbaycan əsilli ilk hüquqşünas qadını” adlı məqalə müsabiqədə ikinic yerə layiq görüldü-


İnform.az

Baxış sayı: 97